00:37 26 May 2020 1027
Ana səhifə Xəbərlər

Gəncədə avtomobil quyuya düşdü – ÖLƏN VƏ YARALANAN VAR

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında su kanalizasiyası üçün qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Hadisə yerinə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də təcilli tibbi yardım briqadasının həkimi cəlb edilib. Avtomobildə olan iki nəfər Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar şəhər sakinləri 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğludur. Həkimlərin səyinə baxmayaraq 35 yaşlı Rəcəbov Fuad dünyasını dəyişib. Qeyd edək ki, hadisə baş verən yerdə su kanalizasiyası xəttinin çəklişi gedir.

Faktla bağlı Gəncə şəhər baş polis idaərsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın