19:20 21 Oktyabr 2019 55
Ana səhifə Xəbərlər

Gəncə sərnişin avtobusu minik maşını ilə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər Prospektində qeydə alınıb.

4 saylı xətt üzrə prospektlə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusu ilə “VAZ-2106” markalı sərnişin avtomobili toqquşub. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü, 1993-cü il təvəllüdlü Taleh Kutay oğlu Quliyev və onun azyaşlı oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, sürücünün vəziyyəti orta ağır olaraq qalır. İlkin ehtimala görə, qəzaya səbəb avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsidir.

Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda sərnişinlər olub, xoşbəxtlikdən sərnişinlərdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın