03:20 07 Noyabr 2019 32
Ana səhifə Xəbərlər

Gəncə sakini küçədə gəzərkən quyuya düşdü

Gəncədə bədbəxt hadisə baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisəşəhərin Krılov küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Əliyev sözügedən küçədə yıxılaraq kanalizasiya quyusuna düşüb və xəsarət alıb.

Yaralı ətrafdakılarınköməyi ilə xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ķi,hadisə baş verən ərazidə su-kanalizasiya xətlərinin çəkilişi ilə bağlı bir müddətdir təmir-tikinti işlərigedir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın