10:40 28 Fevral 2020 157
Ana səhifə Xəbərlər

Gədəbəydə ağır qəza: Ana və oğlu öldü

Gədəbəydə ana və oğlunun ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndi ərazisində qeydə alınıb.

Belə ki, ”Mitsubishi Pajero” və “VAZ-21011” markalı maşınların toqquşması nəticəsində “VAZ 21011” markalı avtomobilin sürücüsü - Ruslan Hüseynovvə onun anası Nüşabə Hüseynovahadisə yerindəölüb.

Hadisə zamanı 3 nəfər - 10 yaşlıMəcid Nuriyev, 65 yaşlıMahir Nuriyevvə 59 yaşlıSəriyyə Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti ağır olduğundan, Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın