00:31 02 İyun 2020 463
Ana səhifə Xəbərlər

Fransa xəstəxanalarında 14,2 mindən çox COVID-19 xəstəsi var

Fransada xəstəxanaya yerləşdirilən koronaviruslu xəstələrin sayı son sutkada 34 nəfər azalaraq 14 288 nəfər olub.

APA TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində xəstəxanaya daha 89 koronaviruslu xəstə yerləşdirilib. Hazırda reanimasiyalarda 1302 nəfər var, son 24 saatda onların sayı 9 nəfər artıb. Ümumilikdə reanimasiyada olanların sayı 17 nəfər azalıb.

Epidemiyanın başlanğıcından 101,7 min nəfər xəstəxanalara müraciət edib, onların təxminən 18 mini reanimasiyalara yerləşdirilib, 68,4 min xəstə isə sağalaraq evinə buraxılıb.

Eyni zamanda, xəstəxanalarda 18 506 nəfər ölüb. Nazirlik bildirir ki, qocalar evlərində və tibbi-sosial müəssisələrdə ölənlərin sayı isə sabah açıqlanacaq. Cümə gününün məlumatına görə, bu yerlərdə 10 327 nəfər koronavirusdan ölüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın