20:00 24 Mart 2020 176
Ana səhifə Xəbərlər

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 mln. manat köçürüb

Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

FHN-nin mətbuat xidmətindən APA TV –yə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 mln. manat vəsait köçürüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın