19:34 09 İyul 2020 377
Ana səhifə Xəbərlər

FHN Böyük Şor gölündə təmizləmə işlərinə başlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır.

Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın