08:00 11 Dekabr 2019 82
Ana səhifə Xəbərlər

FHN Akademiyasında Heydər Əliyevin xatirəsi yad edilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib.

APA TV-nin xəbərinə görə, lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın həyətində Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın akt zalında keçirilən tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Akademiyası rəisinin birinci müavini, polkovnik Qəzənfər Bağırov ulu öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Elman Nəsirov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin bərpasında, qorunub saxlanmasında göstərdiyi misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan bəhs edib.

O qeyd edib ki, əsası ulu öndər tərəfindən qoyulmuş strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, dosent Afət Qurbanov bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmur və heç vaxt unutmayacaq.

Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın