19:18 04 Avqust 2020 507
Ana səhifə Xəbərlər

Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn edilib

Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov I Fəxri Xiyabanda dəfn olunub.

Karantin rejiminin tələblərinə uyğun olaraq dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, daha sonra isə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. Sonrakı illərdə Çeşməbazar səkkiz illik məktəbinin müəllimi, Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib. 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası Milli Məclisinin 5 çağırış deputatı seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

Azərbaycan Prezidenti tərəfindən “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın