15:20 30 Mart 2020 170
Ana səhifə Xəbərlər

Fatih Terim xəstəxanadan evə buraxıldı

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb.

APA TV-nin məlumatına görə, həkimlər koronavirus pandemiyasından əziyyət çəkən təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.

Martın 23-dən xəstəxanada həkim nəzarətində olan Terimin son testləri onun sağalma mərhələsində olduğunu göstərib.

Doğrudur, koronavirusla bağlı testin nəticəsi yenə də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərara alınıb. Ehtiyac yaranarsa, o, yenidən xəstəxanaya yerləşdiriləcək.

Həkimlər baş məşqçinin evə buraxılmasına baxmayaraq, karantin rejimindən çıxmayacağını vurğulayıblar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın