18:00 17 Fevral 2020 1375
Ana səhifə Xəbərlər

"Facebook" və "İnstagram"da narkotiki təbliğ edən şəxs yaxalandı

Abşeronda sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstagram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

Abidin Məhərrəmov "İnstagram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb.

Onun üzərinə və yaşadığı evə baxış zamanı oradan çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın