17:20 23 May 2020 441
Ana səhifə Xəbərlər

Evlərdən geyim, samovar, velosiped oğurlayan şəxs yaxalandı - QUBADA

Qubada evdən oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayonunun Dəvədabanı yaşayış massivində yerləşən evdən bir ədəd samovar, geyim və digər məişət əşyaları oğurlanıb. Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törədən 19 yaşlı Əli Ağabəyov tutulub.

Onun ətrafında aparılan araşdırmalar nəticəsində Əli Ağabəyovun başqa bir evdən də iki ədəd velosiped oğurladığı müəyyənləşdirilib.

Dindirilmə zamanı Əli Ağabəyov törətdiyi oğurluq hadisələrini etiraf edib: “Dəvədabanıya getmişdim, qayıdanda yaşayış olmayan ev gördüm. Birinci dəfə girəndə samovar götürdüm, ikinci dəfə girəndə əşyaları. Onları da bazarda ucuz qiymətə satdım. Peşmanam”.

Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın