23:16 30 Sentyabr 2020 216
Ana səhifə Xəbərlər

Ermənistan ordusu Tapqaraqoyunlu kəndini ağır artileriya silahlarından atəşə tutur

Düşmən ordusu yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

APA TV xəbər verir ki, Goranboyun Tapqaraqoyunlu kəndi düşmənin daimi atəşinə məruz qalır. Dörd gün ərzində Ermənistan ordusu kəndi ağır artileriya silahlarından atəşə tutur. Nəticədə kənddə xeyli evə ziyan dəyib. Kənd düşmənə yaxın olmasına baxmayaq, sakinlər kəndi tərk etməyiblər. Kənd sakinləri bildirir ki, biz kəndimiz tərk etməmişik və ordumuza güvənirik. Əhali arasında ruh yüksəkliyi var. Düşmən cavab atəşi ilə susdurulub. Hazırda mövcud vəziyyət ordumuzun nəzarəti altındadır.

Qeyd edək ki, Ermənistan ordusunun atdığı iri çaplı silahlardan açılan mərmilər nəticəsində Tapqaraqoyunlu kəndində 20-dən atıq ev tam və qismən dağılıb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Goranboy Tapqaraqoyunlu

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın