15:50 27 Oktyabr 2020 156
Ana səhifə Xəbərlər

Ermənilərin Tapqaraqoyunlu kəndini atəşə tutması nəticəsində indiyədək 164 evə ziyan dəyib

Ermənilərin ağır artilleriyadan ən çox atəşə tutduğu cəbhəboyu yaşayış məntəqələrindən biri də Goranboyun Tapqaraqoyunlu kəndidir.

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmənin bütün törətdiyi təxribatlara baxmayaraq, böyükdən-kiçiyə hər kəs öz iş-gücündədir:

- Hal-hazırda mal-qaranı otarmaqdan gəlirəm. Heç bir problem yoxdur.

- Ermənilər atəş açırlar. Amma biz kəndimizdən çıxmayacağıq. Qoy atsınlar. Nə qədər istəyirlər atəşə tutsunlar. Bizim öz əsgərlərimiz qarşısını alır. Hazırda vəziyyət lap yaxşıdır.

- Kənddəyik. Hər şey qaydasındadır. Dostlarımla oynayırıq.

Atəş səslərini eşidən yerli sakinlər heç nədən çəkinmir, əksinə, xüsusi ruh yüksəkliyi ilə Ordumuzu dəstəkləyirlər:

- Biz kəndimizdəyik. Hər şey yaxşıdır. Biz Ordumuza, əsgərlərimizə daim güvənirik. Onlara dəstək olaraq biz də kəndimizdə möhkəm dayanmışıq. Mənfur düşmənin heç bir mərmisindən qorxumuz yoxdur.

Qeyd edək ki, etibarən Ermənistan ordusunun kəndi ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 27-dən bu günədək ümumilikdə 164 evə ziyan dəyib.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın