23:58 13 İyul 2020 282
Ana səhifə Xəbərlər

Ermənilərin atəşindən yaşayış evi zərər görüb - DONDAR QUŞÇUDA

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

APA TV-nin yerli bürosunun məlumatına görə, xoşbəxtlikdən kənd sakinlərinə heç bir ziyan dəyməyib. Yalnız bir ev və sosial obyekt yararsız hala düşüb.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın