22:06 04 Avqust 2020 443
Ana səhifə Xəbərlər

Ermənilər işğal etdikləri torpaqlarımızda yanğın törətdi

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın