20:24 30 Oktyabr 2020 213
Ana səhifə Xəbərlər

Ermənilər Göygöl və Goranboyu atəşə tutub – MEŞƏLİK ƏRAZİLƏRDƏ YANĞIN BAŞ VERİB

Ermənistan silahlı qüvvələri növbəti dəfə Göygöl rayonunu ağır artilleriyadan atəşə tutub.

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən tərəfindən atılan mərmilər Göygöl Milli Parkında yanğına səbəb olub.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları cəlb edilib.

Yanğın zamanı adı “Qırmızı kitab”a düşən bitkilərin bir hissəsi də yanaraq məhv olub.

Düşmənin Goranboy rayonunu da ağır artilleriyadan atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyi Goranboy Xocalı Kəlbəcər rayonunların Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın meşənin 12 hektar sahəsində qeydə alınıb. Meşənin 8 hektarı yanğında mühafizə olunub.

Qeyd edək ki, Goranboyda meşəlik əraziyə 4 ədəd mərmi düşüb.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın