17:52 29 Sentyabr 2020 268
Ana səhifə Xəbərlər

Ermənilər Ağdamın yaşayış məntəqəsini atəşə tutub

Ermənilərin ağır artilleriyadan atdığı mərmi daha bir yaşayış evini yararsız hala salıb.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri ağır artilleriyadan atdığı mərmilərdən biri Ağdam rayon Çəmənli kənd sakini Möhtəsim Həsənovun evinə düşüb.

Mərmi düşdüyü zaman ev sahibləri evdə olmadığı üçün xəsarət alan olmayıb.

Hazırda Ermənistan Silahlı Qüvvələri cəbhə xətti boyunca yaşayış məntəqələrini atəşə tutmağda davam edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın