22:40 21 Oktyabr 2019 39
Ana səhifə Xəbərlər

Erkan Özoral: “Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb”

“Türkiyə terrordan əziyyət çəkən ölkələr arasında ilk yerlərdədir. Bu günə kimi 40 minə yaxın vətəndaşımız terrorun qurbanı olub”.

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə trilyon dollarlarla vəsaiti terrorla mübarizəyə xərcləyib, "Fırat qalxanı" və "Zeytun dalı" əməliyyatlarında olduğu kimi, "Barış pınarı" əməliyyatında da məqsədinə çatacaq.

Səfir həmçinin Türkiyənin 3 milyon 650 mindən çox suriyalıya qucaq açdığını və onlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərclədiyini qeyd edib: “Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib. Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb. Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib”.

Diplomat Azərbaycanın istər “Barış bulağı”, istərsə də bundan əvvəl Türkiyə ordusunun həyata keçirdiyi anti-terror əməliyyatlarına verdiyi dəstəklə hər zaman önə çıxdığını vurğulayıb, buna görə Azərbaycan xalqına və Prezidentinə minnətdarlıq edib.

Sabah Soçidə Türkiyə və Rusiya prezidentləri arasında baş tutacaq görüşdən də danışan Erkan Özoral bildirib ki, həmin görüşdə Suriyadakı vəziyyət də müzakirə olunacaq.

Tədbir jurnalistlərin sualları ilə davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın