22:00 14 Oktyabr 2019 57
Ana səhifə Xəbərlər

Əli Əhmədov: “İlham Əliyev Aşqabadda Ermənistanın iç üzünü bir daha ifşa etdi”

Yeni Azərbaycan Partiyasının qərargahında "Qarabağ Azərbaycandır!" mövzusunda konfrans keçirilib.

APATV-nin verdiyi məlumata görə, tədbirdə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları və partiya üzvləri iştirak ediblər.

Konfransı açıq elan edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa edib: "Bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli və çox qorxulu dəyələrə əsaslanan siyasəti ifşa etdi. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi”.

Ə.Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Prezidenti "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyub: “Qarabağsız Azərbaycan yoxdur, Qarabağ olmasa, Azərbaycan da yoxdur” ifadələri bu cümlənin arxasında duran əsas reallıqdır. Və düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı bu kəlməyə istinad edəcək, onu milli ideya kimi qəbul edəcək, bu ideya insanların düşüncələrinə nüfuz edəcək. İnsanların düşüncələrinə hakim kəsilən ideya bir yandan cəmiyyəti birləşdirir, ikinci bir yandan da cəmiyyətin hərəkətverici qüvvəsi olur”.

Tədbir deputatlar, İctimai Birlik rəhbərləri və YAP Gənclər Birliyi üzvlərinin çıxışları ilə yekunlaşıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın