03:20 17 Sentyabr 2019 43
Ana səhifə Xəbərlər

Əli Əhmədov: “Bu il də 40-a yaxın tələbə YAP-ın təqaüdünü alacaq”

“Artıq 15 ildir ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı yarış müsabiqəsi keçirilir”.

APA TV-nin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüşdə deyib.

O bildirib ki, YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib: “Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbələr olub. Bu il də qəbul olan tələbələrin arasında 40-a yaxın YAP-ın təqaüdünü alanlar olacaq. Bu gün burada toplananlar ikinci və ondan yuxarı kurs tələbələridir”.

Müsabiqə qalibləri də öz fikirlərini bölüşüb: “Artıq 4-cü ildir ki, Heydər Əliyev təqaüdünü alıram. YAP-ın təqaüdü bizə təqdim etməsi, bizimlə görüş keçirməsi, çay süfrəsində bizlə səmimi söhbət aparması həqiqətən bizim üçün çox xoşdur”.

“Çox sevinirəm ki, gənclər bir arada toplanıb, bunu qeyd edirik. Bizə inanan, dəstək olan cənab Prezidentə, YAP-a təşəkkür edirəm”.

Sonda tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın