11:53 09 Noyabr 2020 138
Ana səhifə Xəbərlər

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - SÖZSÜZ

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın