01:46 01 Oktyabr 2020 183
Ana səhifə Xəbərlər

Düşmən artilleriyasının Naftalana atdığı atəş nəticəsində nəqliyyat vasitəsinə ziyan dəydi

Sentyabrın 27-dən başlayaraq təmas xəttində yaşanan gərginlik bu gün günorta saatlarında Naftalan şəhərində də hiss olunub.

APA TV xəbər verir ki, erməni artilleriyasının atdığı atəş nəticəsində şəhər mərkəzindən kənar ərazilərə bir neçə top və qrad mərmisi düşüb. Nəticədə mülki əhaliyə və infrastruktura ziyan dəyməsə də bir nəfər Qaşaltı kənd sakininə məxsus VAZ 21011 markalı nəqliyyat vastəsinə ziyan dəyib. Avtomobil qismən zərər görüb.

Sürücü isə xəsarət almayıb. Azərbaycan ordusunun cavabı nəticəsində dərhal düşmən cavab atəşi ilə susdurulub.

Hazırda Naftalanda həyat öz axarı ilə davam edir.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Naftalan

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın