16:00 07 Aprel 2020 178
Ana səhifə Xəbərlər

Dünyanın bu günü - 07.04.2020

“MOLLA NƏSRƏDDİN” JURNALI

(1906)

XX əsr Azərbaycan mətbuat tarixində xüsusi yeri olan satirik-yumoristik“Molla Nəsrəddin”jurnalının ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb. Həftədə bir dəfə Azərbaycan dilində Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilib. Jurnala Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzəli Möcüz Şəbüstəri, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı kimi görkəmli yazıçı və şairlər, Əzim Əzimzadə, Oskar Şmerlinq və İosif Rotter kimi rəssamlar cəlb olunub. Jurnal 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. “Molla Nəsrəddin”in Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edir.

MƏHƏMMƏDƏLİ RƏSULZADƏ

(1882-1982)

İctimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Əbdüləziz oğlu Rəsulzadə 7 aprel 1882-ci ildə Novxanıda anadan olub. İlk təhsilini din xadimi olan atasından alıb, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci rus-müsəlman məktəbində oxuyub. Siyasi fəaliyyətə 1902-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanında Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlayıb, “Hümmət”in "Təkamül" və "Yoldaş" qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış edib. 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilib. 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunub. 1919-cu ilin oktyabrında Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası Bakı Komitəsinin üzvü seçilib. Bolşevik işğalından sonra Azərbaycanı tərk edən Məhəmmədəli Rəsulzadə 3 fevral 1982-ci ildə İstanbulda vəfat edib.

MƏMMƏD RAHİM

(1907-1977)

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprelin bu günü Bakıda doğulub. 1917-ci ildən böyük qardaşının himayəsində yaşayaraq Bakı məktəblərində təhsil alıb, Azərbaycan Pedaqoji İnstitutunun Şərqşünaslıq fakültəsinə daxil olub. Tələbəlik illərində “Azərnəşr”də tərcüməçilik edib. Pedaqoji fəaliyyətə isə 1-ci Bakı beşillik sovet məktəbində başlayıb,Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi müdafiə bölməsinin rəhbəri olub. İlk şeiri "Gördüm" 1926-cı ildə, ilk şeir kitabı "Arzular" isə 1930-cu ildə çap olunub. Bir çox əcnəbi şair və yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümələr edib.İki dəfə “Lenin”, "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və medallara layiq görülən Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AZAD ŞƏRİFOV

(1930-2009)

Azərbaycan kino xadimi, publisist, jurnalist Azad Ağakərim oğlu Şərifov 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub. Atası Ağakərim Şərifov Şərqdə Cəfər Cabbarlı adına ilk teatr muzeyinin yaradıcısı olub. Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetini bitirib. Müxtəlif illərdə qəzet və jurnallarda müxbir, şöbə müdiri, redaktor müavini, baş redaktorun müavini kimi vəzifələrdə, Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsində çalışıb. «Molodyoj Azerbayjana» qəzetində alpinistliyə aid oçerkləri nəşr olunub, «Vokruq sveta» jurnalında çap etdirdiyi Türkiyəyə aid oçerkləri isə müasir jurnalistikamız üçün də janrın dolğun nümunələri kimi sayılır.1969-cu ildən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri, 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsinin sədri vəzifələrində çalışıb, 1986-1988-ci illərdə «Azərinform» informasiya agentliyinin (indiki «AzərTAc» Dövlət Teleqraf Agentliyinin) baş direktoru olub. Çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb. Azad Şərifov 24 dekabr 2009-cu ildə Bakıda vəfat edib.

ÇİNGİZ ABDULLAYEV

(1959)

Azərbaycanın xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayev 1959-cu ilaprelin 7-dəBakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinibitirib. Əmək fəaliyyətinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. Bakı şəhəri Əzizbəyov rayon İcraiyyə Komitəsində şöbə müdiri, Qaradağ rayon Partiya Komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. Afrika,AsiyavəAvropaölkələrində ezamiyyətdə olub. PolşanınKrakov Universitetinin fəxri professoru, Azərbaycan PEN klubunun vitse-prezidentidir. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edən yazıçı rus, ingilis və italyan dillərində sərbəst danışır. 194 adda kitabı dünyanın müxtəlif ölkələrində 27 milyon nüsxədə çap olunub. "Qırmızı Əmək Bayrağı", "Şöhrət" ordenlərivə medallarla təltif edilən Çingiz Abdullayev "Neftçi" PFK-nın Müşahidə Şurasının sədridir.

İNTİQAM ATAKİŞİYEV

(1974)

Azərbaycanın Milli Qəhrəmanı İntiqam Vahid oğlu Atakişiyev 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində kolxozçu ailəsində anadan olub. 1991-ci ildə Tüntül kənd orta məktəbini bitirib, 1992-ci ildə isə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb. Türkiyədə zabit kurslarını bitirib. Ağdam, Tərtər və Qubadlı rayonlarında gedən ağır döyüşlərdə iştirak edib. 1995-ci ilin martında dövlətçiliyimiz əleyhinə yönəldilmiş qəsdin aradan qaldırılmasında igidlik göstərib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. 776 saylı hərbi hissədə qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində çalışıb, hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini işləyib. Polkovnik-leytenant rütbəsinəcən yüksələn İntiqam Atakişiyev hazırda şərəfli hərbçi peşəsini Dövlət Sərhəd Xidmətində davam etdirir, iki övladı var.

SALEH MUSAYEV

(1970-1992)

Qarabağ müharibəsininiştirakçısı, şəhid Musayev Saleh Sabir oğlu1970-ci il aprelin bu günü Yevlaxşəhərində doğulub. 1987-ci ildəUkraynanın Poltavaşəhərində Zenit-Raket Komandirlər Məktəbinə daxil olub,1991-ci ildə radio mühəndisi ixtisası iləleytenant rütbəsində məktəbi bitirib. Elə həmin ilPoltavadakıhərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilib. Daha sonra hərbi xidmətini Azərbaycanda davam etdirib. İlk döyüşləriniGoranboycəbhəsindən başlayıb. Ağcakənd,Başkənd, Sırxavənd, Marquşavan, Həsənqaya və Gödəkburunun azad edilməsində fəal iştirak edib. 1992-ci ilnoyabrın 14-də AğdərəninÇıldırankəndi uğrunda gedən qeyri-bərabər döyüşdə son anadək döyüşü idarə edib və atışma mövqeyini dəyişərkən minaya düşərək həlak olub. Saleh Musayev Yevlaxşəhər Şəhidlər Xiyabanında dəfn edilib.

MİRSALAM CƏFƏROV

(1994-2016)

Azərbaycan Silahlı Qüvvələriningiziri, şəhid Mirsalam Təvəkkül oğlu Cəfərov1994-cü il aprelin 7-dəTovuz rayonununBayramlı kəndindəanadan olub. 2011-ci ildə kənd məktəbindən məzun olub. 2013-cü ildə Hərbi Tibb Məktəbini bitirib və Beyləqan rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb. 2015-ci ildə isə Ankara Xüsusi Qüvvələr Məktəbindən məzun olub və Azərbaycanda kəşfiyyatçı olaraq xidmətə başlayıb. 2016-cı ilin aprel ayındaAzərbaycan-Ermənistantəmas xəttində baş verən atışma zamanı şəhid olub. Göstərdiyi qəhrəmanlığa görəAzərbaycan Prezidentinin sərəncamı iləMirsalam Cəfərov ölümündən sonra "İgidliyə görə" medalıilə təltif edilib.

QƏMƏR ALMASZADƏ

(1915-2006)

Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin xatirə günüdür. O, 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılıb. 1930-cu ildə xoreoqrafiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayıb. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilib. 1933-cü ildə indiki Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıtdıqdan bir il sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyub. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyib və daha sonra həmin məktəbin direktoru olub. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edib. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışıb. 1931-ci ildə bəstəkar Əfrasiyab Bədəlbəyli ilə ailə qurub, lakin övladları olmadığından "Qız Qalası" baletindən az sonra boşanıblar. Qəmər Almaszadə 2006-cı il aprelin 7-də Bakı şəhərində dünyasını dəyişib.

OLEQ BABAK

(1967-1991)

Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anım günüdür. O, 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. Orta təhsilini 1974-1982-ci illərdə Viktoriya kənd məktəbində, sonra isə qonşu Teplovsk kəndində alıb. 1989-cu ildə Ali Siyasi Kolleci bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlı 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib. 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci ildə Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra SSRİ Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilib. Bircə nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşan Oleq Babak qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

RAMİZ SƏRKƏROV

(1959-2007)

Aktyor və prodüser Ramiz Beqay oğlu Sərkərov da bu gün xatırlanır. O, 1959-cu il iyulun 3-də Qax rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, 1980-ci ildən Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Teatrın səhnəsində “Ərizə”, “Cəza”, “Ölüm hökmü”, “Sarıköynək günəşi necə gətirdi?”, “Hacı Qara” və başqa tamaşalarda obrazlar yaradıb. 17 filmə çəkilən Ramiz Sərkərov 2007-ci il aprelin 7-də vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın