18:00 20 Fevral 2020 1248
Ana səhifə Xəbərlər

DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - SAXLANILANLAR VAR

Dövlət Təhlükəsizlik Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

APA TV Xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanlar var.

Dövlət Təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib. Onların vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, 26 aprel 2011-ci ildən Neftçala Rayon İcra Hakimiyyətinə 1959-cu il təvəllüdlü İsmayıl Məhərrəm oğlu Vəliyev başçılıq edir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın