06:40 01 Avqust 2018 303
Ana səhifə Xəbərlər

DİM-in mətbuat katibi: "Keçid balı yalnız müsabiqə bitdikdən sonra bilinir" - MÜSAHİBƏ

"Abituriyentlər və bəzi insanlar müsabiqə şərti ilə keçid balını qarışdırırlar." Bu sözləri APA TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

Bu ilki dəyişikliyə toxunan mətbuat katibi bildirib ki, abituriyent iki qəbul imtahanında eyni ixtisas qrupu üzrə iştirak edibsə və müxtəlif balları varsa, bu zaman ona istədiyi balı, nəticəni seçmək icazəsi verilir. Bu ildən etibarən isə abituriyentlər müxtəlif qrupları seçə bilər.

"Ərizəni təsdiq edərkən çox diqqətli olmaq lazımdır" deyən Xanlar Xanlarzadə qeyd edib ki, elə ixtisaslar var ki, keçən illə müqayisədə plan yerləri kəskin azalıb.

Dövlət sifarişi üzrə yerləri müsabiqə şərtlərini ödəyən və Azərbaycan vətəndaşı olan şəxslər seçə bilir. Xarici vətəndaşın daimi yaşama icazəsi varsa, onun da seçməyi mümkündür, ancaq o şərtlə ki, təhsil pilləsində yalnız bir dəfə dövlət sifarişli təhsil ala bilər, ikinci dəfə artıq o ödənişli yerləri seçməlidir.

Avqustun 13-də ixtisas seçiminin sona çatdığını bildirən Xanlar Xanlarzadə böyük ehtimalla nəticələrin avqustun 15-də elan olunacağını bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın