17:21 11 İyul 2020 693
Ana səhifə Xəbərlər

Daha 531 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 514 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 23521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8045, ötən müddət ərzində isə ümumilikdə 560 356 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın