01:42 05 May 2021 448
Ana səhifə Xəbərlər

Çinar ağacının budağı evin üstünə düşüb

Göyçay rayonunda çinar ağacının budağı evin üstünə düşüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə bu gün axşam saatlarında Göyçay şəhərinin Atatürk küçəsindəki 66 saylı ünvanda, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar İsmi oğluna məxsus fərdi yaşayış evinin damına yaxınlıqdakı iri gövdəli çinar ağacının budağı qoparaq düşüb.

Hadisə zamanı mənzilin bir hissəsinin dam örtüyü dağılıb, otağın tavanı deşilərək yararsız hala düşüb, elektrik naqili qırılıb. Hadisə zamanı evdə olan ailə üzvlərindən xəsarət alan olmayıb.

Bəxtiyar Əliyev APA TV-nin yerli bürosuna bildirib ki, çinar ağacının quruması səbəbindən onun ailə üzvlərinə və küçə ilə hərəkət edən insanların həyatına təhlükə yaranıb. O, aiddiyyati qurumlar tərəfindən ağacın qurumuş budaqlarının kəsilməsi ilə bağlı müraciət edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın