23:20 28 Mart 2020 738
Ana səhifə Xəbərlər

Cənub bölgəsindəki rayonlar arasında postlar qurulub

Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı bir rayondan digərinə giriş-çıxış qadağan edilib.

APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, karantin rejimi çərçivəsində cənub bölgəsindəki rayonlar arasında da postlar qurulub. Bu addım ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atılıb. Koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurmaması məqsədilə postlarda vətəndaşların hansı rayonun sakini olduğu yoxlanılır. Operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları, o cümlədən iş yeri başqa rayon olan şəxslər istisna olmaqla digərləri geriyə, sakini olduğu rayona qaytarılır.

Sakinlər də koronavirus infeksiyasının yayılmasına qarşı görülən bu tədbirləri təqdirəlayiq hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində aprelin 20-dək xüsusi karantin rejimi elan edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın