11:36 12 Avqust 2020 291
Ana səhifə Xəbərlər

Cəlilabadda karantin qaydalarını pozan kafe aşkarlandı

Cəlilabadda karantin qaydalarına ziddi olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı həmin kafeni icarə əsasında işlədən Yusif Hüseynov və 2 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın