02:04 16 Yanvar 2020 682
Ana səhifə Xəbərlər

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib – ÖLƏN VAR

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Ford" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan Şəki sakini, 1974-cü il təvəllüdlü Gültəkin Əyyub qızı Bədəlova və Bakı sakini, 1975-ci il təvəllüdlü Yaşar Ərəb oğlu Tahirov təcili tibbi yardım maşınlarının köməyilə daha yaxın olan Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Cəlilabadda baş vermiş yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Dünyasını dəyişmiş şəxs, Salyan rayon sakini, 1960-cı il təvəllüdlü Ağarəhim Kamil oğlu Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın