23:20 22 May 2020 198
Ana səhifə Xəbərlər

Cəbhədə silah səsləri susmur - DÜŞMƏN ATƏŞKƏSİ POZDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.


APA TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın