13:20 22 May 2020 201
Ana səhifə Xəbərlər

Cəbhəboyu zonada yeni tikilən hərbi hissələrin açılışı olub 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni inşa edilmiş hərbi hissələrin açılışında iştirak edib və tikintisi davam etdirilən obyektlərə baxış keçirib.


APA TV xəbər verir ki, bildirilib ki, İP mühafizə və İP video-müşahidə sistemləri, yanğın əleyhinə siqnalizasiya və daxili rabitə sistemləri quraşdırılmış qərargah binaları tam şəkildə mebel və avadanlıqlarla təchiz edilib. Qərargah binalarında ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları istifadəyə verilib.


Binada yanğından mühafizə və daxili rabitə sistemləri quraşdırılıb.


Hərbi hissənin ərazisindəki tibb məntəqələri müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunub.


Şəxsi heyətin rahat və keyfiyyətli qidalanmasının təşkili məqsədilə inşa edilmiş geniş yeməkxanalar lazımi avadanlıqlarla təchiz edilib.


Hərbi hissələrdə inşa edilən ərzaq anbarlarında soyuducu kamera və digər ərzaq saxlama otaqları, əşya anbarında isə əmlak saxlama otaqları mövcuddur.


Qeyd edək ki, Azərbaycan Ordusunun sərəncamında olan hərbi obyektlərdə tikinti, yenidənqurma, təmir işlərinin 90 faizi artıq başa çatdırılıb və növbəti illərdə bu işlərin tam yekunlaşdırılması planlaşdırılır. Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulan yataqxanaların tikintisi davam etdirilir və Ali Baş Komandanın tapşırığına əsasən bu istiqamətdə işlər bundan sonra da həyata keçiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın