20:01 04 Avqust 2020 599
Ana səhifə Xəbərlər

BNA sərnişin sıxlığının qarşısını almaq üçün əlavə 5 xətt üzrə ekspress avtobuslar təşkil edəcək

Artan sərnişin sıxlığının qarşısını almaq üçün isə əlavə 5 xətt üzrə ekspress avtobuslar buraxılacaq.

APA TV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev təşkil olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, sıxlıq əsasən Koroğlu nəqliyyat mübadilə mərkəzində və ətraf kənd və qəsəbələr istiqamətində müşahidə olunur: “Aparılan təhlillər də onu göstərir ki, səhər saatlarında ətraf kənd və qəsəbələr istiqamətində daha çox sıxlıq müşayiət olunur. Xüsusən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə gələn avtobuslarda sərnişin sıxlığı müşayiət olunur. Hansı ki bu sıxlıq, sonradan həmin sərnişinlərin səhər saatlarında şəhər mərkəzinə çatdırılmasında da ekspress xətlərin fəaliyyətində də çətinliklər yaradır. Bütün bunların qarşısını almaq üçün BNA tərəfindən qərara alınmışdır ki, 5 sayda əlavə ekspress xətlər təşkil olunsun”.

Təşkil olunacaq M1A və M2A xətləri müvafiq olaraq mövcud olan M1 və M2 xətlərinə dəstək olaraq buraxılacaq.

M1A xətti üzrə avtobuslar Qara Qarayev prospekti, Laçın Ticarət Mərkəzinin qarşısından Gənclik metrostansiyasına qədər hərəkət edəcək. M2A üzrə avtobuslar Neftçilər metrostansiyası qarşısından Elmlər Akademiyası metrostansiyasına qədər hərəkət edəcək.

M8 isə Maştağa qəsəbəsindən Gənclik metrostansiyasına, M9 Nardarandan Nərimanov metrostansiyasına, M10 isə Mərdəkan qəsəbəsindən Nərimanov metrostansiyasına qədər hərəkət edəcək.

Qeyd edək ki, bu xətlər üzrə avtobuslar səhər saat 6:30-dan 21:30-a kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, kənd və qəsəbə istiqamətlərində sərnişin sıxlığının qarşını almaq üçün bu istiqamətlərdə yeni 115 avtobus da buraxılacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın