00:04 05 Avqust 2020 1712
Ana səhifə Xəbərlər

Beyrutda güclü partlayış: 78 ölü, 4000 yaralı

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

APA TV xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.

Partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib.

Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın