17:20 18 Fevral 2020 157
Ana səhifə Xəbərlər

Beyləqanda sakinlər qamışlığı yandırdı, alov meşə zolağına keçdi

Beyləqanda yerli sakinlərin qamışlığı yandırması nəticəsində alov meşə zolağına da keçib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun İkinci Aşıqlı kəndində baş verib.

Belə ki, sakinlər torpaq sahələrinin kənarlarındakı qamışlığı yandıraraq təmizləmək istəyiblər. Bu zaman alov meşə təsərrüfatına və yol kənarı yaşıllıq massivinə keçib. Hadisə yerinə Beyləqan rayon yanğınsöndürmə bölməsinin əməkdaşları cəlb olunaraq alov söndürülüb.

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini Qismət Abbasov vətəndaşlara əraziləri təmizləyərkən daha diqqətli olmağı tövsiyə edir: “Yanğın hadisələrinin baş verməsinin əsas səbəbi meşəyə yaxın olan ərazilərin belə deyək ki, kanalların üzərində bitən qamış və kolların vətəndaşlar tərəfindən yandırılmasıdır. Bundan başqa güclü külək nəticəsində də alov meşə ərazilərinin, eləcə də yaxında olan digər meşə ərazilərinin və yaşıllıqların yanmasına səbəb olur. Biz xahiş edərdik ki, aidiyyəti qurumlara tapşırıq verilsin və bu haqda ciddi ölçü götürülsün”.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın