20:00 28 Fevral 2020 134
Ana səhifə Xəbərlər

Bərdədə 58 yaşlı qadın evində qətlə yetirildi

Bərdədə 58 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Zümürxan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub.

Baş verən hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Bərdə rayon Prokurorluğundanverilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla müəyyən edilib ki, həmkəndlisi, 1995-ci il təvəllüdlü Cavid Rəncbəri Tahirə İbadovanın baş nahiyəsindən xəsarətlər yetirib, daha sonra isə boğub.

Cavid Rəncbəri cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın