10:40 28 Fevral 2020 151
Ana səhifə Xəbərlər

Bərdədə 35 yaşlı kişi güllələndi

Bərdədə güllələnmə hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü Ülfət Əliyev aldığı güllə yarası ilə Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimi Hafiz Əliyev deyir ki, 35 yaşlı şəxs xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub: “Bərdə şəhər Səməd Vurğun küçəsində yaşayan Əliyev Ülfət Ələmşah oğlu, ağır vəziyyətdə Bərdə Mərkəzi rayon xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Xəstə gələrkən şok vəziyyətdə idi. Sağ budun aşağı hissəsinin üçdə bir hissəsinin odlu silah yarası var idi. Xəstənin ümumi vəziyyətinin ağır olduğunu nəzərə alaraq, təcili sağ dirsək nahiyəsinin vena hissəsinə damar yolu qoyuldu. İnifiziyon terepiya başlandı”.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın