18:24 30 Oktyabr 2020 184
Ana səhifə Xəbərlər

Baş prokuror: “Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib”

“Bizdə olan məlumata görə Cəlal Arutunyan məhv edilib, Ermənistan tərəfi isə onun ölümünü hələlik təsdiqləmir”.

APA TV-nin məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib. Onun sözlərinə görə, qondarma rejimin “prezidenti” Araik Arutunyan və digərlərinin sosial şəbəkələrdə Azərbaycanın dinc əhalisini məhv etməyə çağırışları var.

K. Əliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qondarma rejimin “müdafiə naziri” Cəlal Arutunyan barədə preventiv tədbirlər görülüb.

Ermənistan tərəfdən döyüşən müxtəlif ölkələrdən olan muzdlular məsələsinə də toxunan baş prokuror bildirib ki, bu şəxslər barəsində də tədbirlər görüləcək: “Ermənistanın muzdlulardan istifadə etdiyi isə artıq təsdiqini tapıb və onların 6-sı barəsində beynəlxalq axtarış elan olunub, vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanıb. Eyni zamanda, muzdlu kimi döyüşlərdə iştirak edən Yunanıstan, Liviya, Suriya vətəndaşları barədə də araşdırmalar aparılır. İstintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək”.

K. Əliyev qeyd edib ki, Hərbi Prokurorluq tərəfindən aparılan istintaqda muzdluların Ermənistan tərəfindən döyüşlərdə iştirak etməsi əsaslı faktlarla təsdiq olunub.

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın