13:44 03 İyun 2020 215
Ana səhifə Xəbərlər

Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutuldu

Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub.

APA TV-nin əldə etdiyi məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Şamil Qarayev Balakən Rayon İcra Hakimiyyəti başçısının Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur.

Şamil Qarayev 2012-ci ildə də 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şamil Qarayev bir-neçə gün əvvəl Balakən polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın