15:03 13 Yanvar 2021 39
Ana səhifə Xəbərlər

Balakəndə 13 obyektdən oğurluq edən şəxs tutuldu

Balakəndə silsilə oğurluqlar törədən şəxs yaxalanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyən edilib.

Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə daxil olan Mehdi Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heç nə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb.

Həmçinin, Mehdi Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq içərisində olan 9000 manata yaxın pulu və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb.

Saxlanılan Mehdi Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın