22:40 07 Aprel 2020 169
Ana səhifə Xəbərlər

Bakıda yaşayış binasında yanğın baş verib – PARTLAYIŞ ANI

Bakının Yasamal rayonunda yerləşən 10 mərtəbəli binada yanğın baş verib. Şər vaxtı sakinlər dəhlizdəki partlayış səsinə oyanıb.

APA TV xəbər verir ki, təşvişə düşən sakinlər mənzillərindən çıxmağa başlayıb. Partlayış isə binanın elektrik şitində baş verib. Daha sonra şit alovlanıb.

Dadaş Bünyadzadə 12 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində şitin alovlandığını görən sakinlər Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinə müraciət edib. Əraziyə qurumun 4 texnikası və canlı briqadası cəlb edilib. Binaya elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər təxliyyə edilib. Qısa zamanda alovun qarşısı alınıb. Daha sonra bina sakinləri mənzillərinə geri dönüb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb. Yanğına səbəb kimi elektrik naqillərinin həddən artıq yüklənməsi ehtimal edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın