11:55 16 Sentyabr 2020 178
Ana səhifə Xəbərlər

Bakıda xırdabuynuzlu heyvan və ev quşları oğurlayan şəxslər yaxalandı

Paytaxtın Xəzər rayonunda xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan oğurluq edən əvvəl də məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın