19:20 11 Sentyabr 2019 50
Ana səhifə Xəbərlər

Bakıda xəzri əsəcək, bölgələrdə leysan gözlənilir

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

APA TV-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın