13:19 22 May 2020 1446
Ana səhifə Xəbərlər

Bakıda saat 18-dən sonra fəaliyyət göstərən restoran aşkar edildi – MÜŞTƏRİLƏR CƏRİMƏLƏNDİ

Biləcəri qəsəbəsində “Bulaq” restoranının sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra yerində müştərilər qəbul etdiyi aşkar edilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib.

Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Polis Bölməsinə aparılıb. Bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan şəxslər barəsində protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın