04:16 24 Sentyabr 2020 205
Ana səhifə Xəbərlər

Bakıda Rusiya vətəndaşı qəza törətdi

Səbail rayonunda yol nəqliyyatı hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Təbriz Xəlilbəyli ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini İsmayıl Məmmədov idarə etdiyi Kia markalı avtomobillə hərəkətdə olan zaman Rusiya Federasiyasının vətəndaşı Yalevniko Nikolay Aleksandroviçin idarə etməsində olan Opel markalı avtomobil ona çırpılıb. N.Yalevnikonun verdiyi məlumata görə, yola bələd olmadığı üçün qayda pozduğunu bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın