20:40 21 Oktyabr 2019 29
Ana səhifə Xəbərlər

Bakıda “Qaregin Njde - faşizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Bakı Dövlət Universiteti (BDU) ilə birlikdə “Qaregin Njde - faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirib.

APA TV-nin məlumatına görə, BDU-nun rektoru Elçin Babayev deyib ki, Q. Njde erməniləri faşistlərlə əməkdaşlığa cəlb edib. İndi isə Ermənistanda Q.Njde kimi faşist qəhrəman kimi qələmə verilir.

Rektor Azərbaycanın heç vaxt faşizmə baş əymədiyini, həmişə sülhə və sabitliyə dəstək verdiyini deyib.

TürkiyəninErciyes Universitetindəermənişünaslıq bölümünün rəhbəriQafar Çaxmaqlı bildirib ki, erməni milliyyətçiliyinin təsiri altında böyüyənQ.Njde 1912-1913-cü illərdə bolqar ordusunun tərkibində Türkiyəyə qarşı vuruşub.

Sonrakı illərdə Q. Njdenin istintaqı zamanı onunZəngəzurda ordu yaratdığıvə Azərbaycan xalqına qarşı qətliam törətdiyi üzə çıxıb. O, özü etiraf edib ki, 150-200 Azərbaycan türkünü Zəngəzurda Katex qayasından atıb.

Böyük Vətən müharibəsi illərində Q. Njde alman faşistləri ilə hərbi əməkdaşlıq qurub, ermənilərdən ibarət legion təşkil edib, Adolf Hitlerlə görüşərək ondan konkret göstərişlər alıb.

Rusiyalı tarixçi alim Oleq Kuznetsov qeyd edib ki, bu gün Ermənistanda Q. Njdenin adını daşıyan 14 küçə, habelə meydan və metro var.Həmçinin 2000-ci ildə Vaçe Ovsipyan Q.Njde haqqında kitab yazıb.

BMTMİdarə Heyətinin sədri Fərid Şəfiyev açıqlamasında bu mövzuda araşdırmalar aparıldığını və bu məsələnin köklərinin dərin olduğunu qeyd edib: “Qaregin Njde məsələsi dərin və cox şaxəli bir problemdir. Ermənistanda tək Njde problemi deyil. Orada bir sıra digər faşizimlə əməkdaşlıq edən şəxslər qəhrəmanlaşdırılıb. Bu gündə bu davam edir. Terror göstərən şəxslər də qəhrəmanlaşdırılıb”.

Çıxış edənlər ümumiyyətlə Ermənistanda işğalçı siyasətin və nasizmin bu xalqın nifrət ideologiyasının üstündə əmələ gəldiyi və inkişaf etdiyi bildirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın