16:00 18 Yanvar 2020 317
Ana səhifə Xəbərlər

Bakıda “Nazlı” ləqəbli narkotacir tutuldu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin şəxs - əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə da tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayeva narkoik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib. Sabunçu RPİ-nin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtomobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın