16:12 17 Aprel 2021 369
Ana səhifə Xəbərlər

Bakıda kafeyə gedən COVID-19 xəstəsi barədə cinayət işi açıldı

Xətai rayonunda kafeyə gedən koronavirus xəstəsi aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb. Belə ki, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaq, o bu tələbə əməl etməyib. İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyən edilib. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

C.Abdullayev cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın