14:00 20 Fevral 2020 116
Ana səhifə Xəbərlər

Bakıda iki avtomobil toqquşub – XƏSARƏT ALAN VAR

Yasamal rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA Tv xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində baş verib.

“Toyota” markalı avtomobil yol kəsişməsindən keçərkən “Mercedes” markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Nəticədə “Toyota”da olan xanım sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın